azia.az
azia.az

Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı - 5 milyon dollar istədilər

3-10-2022, 13:56


Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Azia.az Musavat.com-a istinadən xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Əldə etdiyimiz xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.


Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi