azia.az
azia.az

Əri ilə mübahisə edən hamilə qadın özünü dənizə atdı

1-10-2022, 09:17



Bakının Səbail rayonu ərazisində intihara cəhd hadisəsi qeydə alınıb.

Xəbər verilir ki, hadisə Dənizkənarı Bulvar ərazisində baş verib. 2001-ci il təvəllüdlü Həsənbəyova Aysel Samir qızı əri ilə mübahisə edib. Daha sonra o, bulvar ərazisində intihara cəhd etmək üçün dənizə atılıb.

O, ətrafda olan şəxslər və xilasedicilərin köməkliyi ilə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edib. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, A.Həsənbəyova 6 aylıq hamilədir. Fakt araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi