azia.az
azia.az

Şirvanda Vətən Müharibəsi iştirakçısı özünü yandırmağa cəhd edib (YENİLƏNİB)

19-09-2022, 09:42


Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb. Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilib.

Lakin saat 20 radələrində Elmir Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılıb. Burada ona zəruri köməkliklər göstərilib və hal-hazırda müalicəsi davam etdirilir.


Baş verən hadisə ilə bağlı araşdırmalar aparılır.


23:18

Şirvanda yaşayan Yardımlı rayon sakini, 1990-cı il təvəllüdlü Abdiyev Elmir Pənahəli oğlu özünü yandırıb.

Xəbər verilir ki, üçüncü dərəcəli yanıq xəsarəti alan E. Abdiyev Şirvan xəstəxanasına yerləşdirilib.

Onun Bakıya - yanıq şöbəsinə yola salınacağı gözlənilir.

Faktla bağlı araşdırma aparılır.///apa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi