azia.az
azia.az

İşdən çıxarılan yol polisi: "Mən manyakam?"

29-04-2019, 16:17

İşdən çıxarılan yol polisi: "Mən manyakam?"isədən 20 gün sonra məni izahat yazmağa dəvət etdilər. Sürücünün anası hadisədən 11 gün DİN-nə teleqram vuraraq bildirib ki, guya mən onun ailəli qızına protokol yazmamaq müqabilində əxlaqsız təklif etmişəm. Yayda Novxanı çimərliyinin tıxacını açmaqdan su içməyə vaxt var idi ki, qıza da əxlaqsızlıq edəm? Mən xidmətə çıxmışdım, yoxsa manyaklığa? Guya sürücü qızın telefonun almışam, özümə zəng etmişəm. Sonra yeməyə dəvət etmişəm, bezdirməyə başlamışam”. Bu fikirlər bir müddət əvvəl xidmətdə verdiyi nöqsanlara görə vəzifəsində kənarlaşdırılan Abşeron rayon Polis Şöbəsinin Dövlət Yol Polisi inspektoru Mahir Dünyamalıyevə məxsusdur.
Mahir Dünyamalıyev
İşdən çıxarılan yol polisi: "Mən manyakam?"

Keçmiş yol polisi deyir ki, xanım sürücüyə əxlaqsız hərəkət kimi idda olunan hadisə yol polisi inspektoru kimi 16 avqust 2014-cü ildə xidməti vəzifəsini icra edərkən baş verib:
"90 UU 303 dövlət qeydiyyatı olan sürücü xanım Nərminə İsmayılovanı qoşa xətti basdığına və kəmərsiz avtomobil idarə etdiyinə görə saxlayıb protokol yazmaq istəmişdim. Bundan bərk əsəbiləşən sürücü "sən məni tanımırsan, səni işdən çıxartdıraram” və digər etikadan kənar sözlər işlətməklə hədə-qorxu gəldi. Qızğın mübahisəyə yol verməmək üçün və rəisimizin qadın sürücülərə güzəştə etmək kimi təlimatına uyğun olaraq mən YPX işçisi kimi sürücünün hədə-qorxusundan sonra onu əvvəlcə sakitləşməyi, lakin güzəşt olaraq "təhlükəsizlik kəmərinə görə” protokol tərtib edəcəyimi bildirdim və yazdım. Sürücü bununla da razılaşmadı. Hadisədən 20 gün sonra məni izahat yazmağa dəvət etdilər. Məlum oldu ki, srücünün anası Dilarə İsmayılova hadisədən 11 gün sonra ( 27 avqust) DİN-nə şikayət teleqramı vuraraq bildirib ki, guya mən onun ailəli qızına protokol yazmamaq müqabilində əxlaqsız təklif etmişəm. Xidməti təhqiqat zamanı şikayətdə göstərilənlər öz təsdiqini tapmasa da, yəni hər hansı maddi sübut- telefon danışığı, SMS mesaj, votsap yazışması, videogörüntü, səs yazısı və s. ortalıqda olmadığna baxmayaraq, DİN-nin 11.09.2014-cü il tarixli, Ə750-00114 saylı əmri ilə mən işdən azad edilmişəm”.
M.Dünyamalıyev deyir ki, görəsən nə baş verdi ki, ailəli sürücü xanımın özü yox, onun yaşlı anası hadisə barəsində 11 gündən sonra şikayət verir və şikayət dərhal icraata götürülərək sifariş əsasında heç bir maddi sübüt və şahid ifadəsi, kamera görüntüsü olamadan ildırım sürəti ilə subyektiv maraqlar müqabilində sifariş yerinə yetirilir. Sonradan sürücü xanımın anası əsassız şikayətinin fərqində olaraq sanki günahını yumaq üçün Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinə barəmdə heç bir şikayətinin və iddiasının olmaması barədə yazılı ərizəilə müraciət edir.
"Əgər mən sürücü ilə mübahisə etmişəmsə və törədilmiş iki qanunpozuntusu halından nisbətən yüngülü barədə protokol tərtib etmişəmsə və sonda sürücü yenə narazı qalaraq məni işdən çıxartdıracağı ilə hədləyirsə, burada hansı məntiqdən, münasibətdən və əxlaqsız təklifdam söhbət gedə bilər? Hər hansı təsdiqedici fakt vardısa niyə təqdim olunmadı? Bəli, mən bir polis işçisi kimi səhvimi səmimi olaraq bu gün də etiraf edirəm ki, sürücü xanımın hədə-qorxusundan sonra ona iki qanunpozuntusuna görə deyil, yalnız bir qanunpozuntusuna görə protokol tərtib etmişəm. Buna görə də cəzalanmağım ədalətli olardı. Amma sürücünün "sən məni tanımırsan, səni işdən çıxartdıracağam” hədə-qorxusundan sonra anasının təzədən şər-böhtan şikayəti nəticəsində vəzifə karyerama birdəfəlik son qoyulmasını qəbul edə bilmirəm. Təsdiqini heç bir faktla sübuta yetirilməyən əsassız şikayətə görə mən 11.09.2014-cü il tarixli əmrə əsasən xüsusi maddə üzrə işdən qovulmuşam. İndi məni heç yerdə işə qəbul etmirlər. Nəticədə maddi sığıntılar ucbatından şəxsi ailəmin və xəstə valideynlərimin qulluğunda dura bilmirəm. Sabah belə psixoloji sarsıntıilə Vətənin müdafiəsində necə duracağam?”.İşdən çıxarılan yol polisi: "Mən manyakam?"
M.Dünyamalıyev əmin edir ki, xidmət etdiyi illər ərzində polisin nüfuzuna heç vaxt xələl gətirməyib: "Əksinə, həmişə nümunəvi xidmətimə görə rəhbərliklər tərəfindən dəflərlə təltif olunmuşam. Əvvəlki işimə bərpa olunmağım barədə prezident İlham Əliyevə yazdığım müraciətimdən sonra Abşeron RPİ-nin kadrlar şöbəsinin rəisi Yaşar polis qəbul edərək gərək sən əvvəl nazirimizə müraciət edəydin dedi, axı nazirimizin belə şikayətlərdən çox acığı tutur.
Sonra qeyd etdi ki, rəis müavini Mehman müəllimlə görüş gəl yanıma. Elə rəis müavini də mənə irad bildirdi ki, vaxtilə məhkəməyə müraciət etməsəydin bu gün problemini həll etmək olardı. Cavab verdim ki, 1-ci instansiya məhkəməsi iddiamı təmin edib və iddia müddəti keçdikdən 4 ay sonra saxta əsasla apellyasiya şikayəti verilib və sifarişlə təmin etdirilib. Mən də əsassız məhkəmə qətnaməsini tanımıram. Daha sonra dedilər ki, sən axı 2014-cü ildə Daxili İşlər Nazirliyində general Sahib Mirzəyevin qəbulunda olmusan. Dedim bəli, olmuşam. Amma qəbulda olduğum 1 dəqiqə 30 saniyə vaxt ərzində ancaq cənab generalın üstümə qışqırmasına qulaq asıb çıxdım. Ağzımı da aça bilmədim”.
İşdən çıxarılan yol polisi: "Mən manyakam?"
General S.Mirzəyevin 15 aprel 2019-cu il tarixli cavab məktubunda qeyd edir: "Bir daha bildirilir ki, 16.08.2014-cü ildə sürücü N.İsmayılovanın törətmədiyi inzibati xəta ilə bağlı protokol tərtib edib bunun müqabilində sonuncuya əxlaqsız təkliflər etdiyinizə görə DİN-nin 11.09.2014-cü il tarixli əmrilə DİO-da xidmətdən xaric edilmisiniz”.
M.Dünyamalıyev isə S.Mirzəyevin cavabını əsassız sayır və bildirir ki, sürücü N.İsmayılova Novxanı yolunda hərəkətdə olarkən qoşa xətti tapdamış və təhlükəsizlik kəmərindən istifadə etməyib. Protokol tərtib etmək istərkən sürücü xanımın mənimlə qızğın mübahisə etməsi, hədə-qorxu gəlməsindən sonra ona yalnız təhlükəsiz kəmərinə görə protokol yazmaq məcburiyyətində qalsam da xanım razılaşmayaraq, yenə məni hədləyib avtomobilinə əyləşib yüksək sürətlə hadisə yerindən uzaqlaşıb.
"Azərbaycanda qadın sürücülərin 98 faizi sürücülük məktəblərində dərslərdə praktiki olaraq iştirak etmir, qaydaları mənimsəmir və avtomobili normal idarə edə bilmirlər və hansısa vasitələrlə imtahandan keçib "sürücü” olurlar. Ona görə də kamera və radarlar əsasən qadın sürücülər barədə elektron protokol tərtib edirlər. Belə olan halda general S.Mirzəyevin 15.04.2019-cu il tarixli cavab məktubunu heç bir əsası yoxdur və hesab edirəm ki, "İnzibati İcraat haqqında” qanuna əsasən mənim prezidentə şikayət məktubum DİN-nin Daxili Təhqiqatlar İdarəsində deyil, Baş Prokurorluqda DİO-nun istintaq və təhqiqat fəaliyyətində qanunların icrasına nəzarət idarəsində araşdırlmalı və qiymət verilməli idi”. İşdən çıxarılan yol polisi: "Mən manyakam?"
Keçmiş yol polisi diqqətə çatdırdı ki, 4 il post patrul xidmətində polis çavuşu olaraq eyni zamanda hər gün gecə növbəsində Fiat DUBLA markalı xidməti avtomobilini 1-ci dərəcəli sürücü kimi, son 1 ili isə Dövlət Yol Polisi kimi yenə növbəli gecə-gündüz növbəsində işləyib. DİO-da xidmət etdiyi 5 il ərzində əlavə sürücü kimi əlavə ştat üzrə əməkhaqqı və 1-ci dərəcəli sürücü olduğuma görə əmək haqqına əlavə 25% pul hesablanmayıb. Elə 5 ilin gecə növbəsindəki xidmətinə görə də ayrıca pul hesablanıb əməkhaqqıma əlavə edilməyib. Son hesablaşma vaxtı isə maliyyə idarəsindən ona bildiriblər ki, cəmisi 590 manat pul düşür, lakin o pulu da dövlətin verdiyi uniformaya tutublar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini dərc eməyə hazırıq. İstinad olunan mənbə bu linkdir:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi