Məktəbli forması qalmaqalı bitmir: "Bakı Tikiş Evi"ndə izdiham yaşandı - VİDEO
Dərslərin başlanmasına 2 gün qalıb. Bu səbəbdən valideynlər yeni tədris ilinə hazırlıqlarını davam etdirirlər.
Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin mart ayında imzaladığı qərara əsasən yeni məktəbli formaları 2022/2023-cü tədris ili üçün nəzərdə tutulmayıb. Yəni bu il sentybarın 15-dən məktəblilər əvvəlki formalarını geyinə bilərlər.
Bu il yeni məktəbli formasını almaq sayı isə az deyil. Lakin formaların tikilməsi ilə sadəcə "Bakı Tikiş Evi" məşğul olur. Satışa gəlincə, geyimlərin satışı bu fabrikdə və "Bravo" marketlərində baş tutur. Bu da valideynlər üçün problemlər yaradır.
Demək olar ki, hər gün "Bakı Tikiş Evi"nin qarşısında izdiham yaşanır. Sosial şəbəkələrdə yayılan görüntülərdə görünür ki, geyim almağa övladları ilə gələn valideynlər sıxlıqla qarşılaşırlar.
Qeyd edək ki, Nazir Emin Əmrullayev məsələ ilə bağlı jurnalistlərə bildirmişdi ki, bu il köhnə məktəbli formaları istifadə edilə bilər. Əgər məktəb tərəfindən hər hansı məcburiyyət varsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də regional təhsil idarələrinə müraciət edilməlidir:
"Köhnə formaları birmənalı olaraq istifadə edə bilərlər. Elm və Təhsil Nazirliyi formaların tikişi, satışı ilə məşğul olmur. Biz yalnız həmin formaların nümunəvi qaydada olmasına nəzarət edirik. Təbii ki, burada məcburiyyət yoxdur. Bu, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Ümumilikdə, vahid geyim formalarının olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı və faktı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Bu halda məsələyə baxıla və ölçü götürülə bilər", - deyə nazir bildrimişdi.
My Webpage