azia.az
azia.az

BTE məktəbli formalarının qiymətini açıqlayıb

8-09-2021, 14:50

BTE məktəbli formalarının qiymətini açıqlayıb
"Bakı Tikiş Evi”nin istehsal etdiyi məktəbli formalarının qiyməti 40-46 manat təşkil edir, bu barədə Modern.az-a "Bakı Tikiş Evi”nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

"I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”, - deyə Əzimov bildirib.

Əzimov qeyd edib ki, BTE xammalı Türkiyədən alır. Tələbat artdıqca yeni formaların hazırlanması həyta keçiriləcək. Hazırda BTE-nin mağazalarında bütün ölçülərdə məktəbli formaları satışdadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi