azia.az
azia.az

Bakı Tikiş Evinin şöbə rəisi tənqiddən QƏZƏBLƏNDİ: “Hansısa ağzıgöyçək işimizi axsadır”

5-09-2022, 14:51

Bakı Tikiş Evinin şöbə rəisi tənqiddən QƏZƏBLƏNDİ: “Hansısa ağzıgöyçək işimizi axsadır”
Yeni məktəbli formalarının keyfiyyətsizliyi ilə bağlı valideynlər arasında kütləvi narazılıq başlayıb. Formaların tikilməsinə istifadə olunan parçaların həddindən artıq nazikliyindən və keyfiyyətsizliyindən şikayətlənən valideynlər aldıqları geyimlərin fotoşəkillərini də sosial şəbəkələrdə paylaşıblar. Valideynlərin iddiasına görə formaların tikilişində xətalara yol verilib.

Hansı ki, səliqəsiz və şux olmayan parşaların keyfiyyəti onların qiyməti ilə müqayisədə xeyli aşağıdır.

Qeyd edək ki, Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov parçaların Türkiyə, Belarus və Özbəkistandan alındığını qeyd etmişdi və materialların həddindən artıq keyfiyyətli olduğunu bildirmişdi.
Məktəbli geyimlərinin keyfiyyətsizliyi ilə bağlı BTE-yə ünvanlanan tənqidlər Etibar Əzimovu özündən çıxarıb.
Azia.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında Satış şöbəsinin rəisi kimlərinsə işlərinə kölgə saldığından gileylənib:

“Azərbaycanın məktəbli formalarını bizim fabrik tikir. Heç bir fabrik məktəbli geyimi tikib ortaya çıxarmayıb. Bizim tikişçilər gecə-gündüz, hətta bazar günü də işləyir ki, maksimum işləyək və çatdıraq. Şərtnaməyə əsasən həm materialları alırıq, həm də tikib satırıq. Hansısa ağzıgöyçək mal istehsal edə bilmir, amma işimizi axsatmaq istəyir. Mallarımız zaydırsa, keyfiyyətsiz tikilirsə, hər gün bu qədər növbə nə üçündür? Niyə alırlar? İndi neyləyək ki, şikayət edirlər? Deyirlər ki, nazik parçadır. Bu parçanın 60 faizi yun, 40 faizi isə polestrdir. Hansı labaratoriyada materialı yoxlayıb deyiblər ki, keyfiyytsizdir elə-belə söhbətlərdir”.

Etibar Əzimov qeyd edib ki, alınan materialların tərkibi, hər birini sertifikatı və sənədi var:

“Camaat nə istəyir deyir və yazır. Geyimləri qırışdırıb fotolarını paylaşırlar. Əvvəlki məktəbli formaları ilə bağlı da şikayətlənirdilər. Halbuki köhnə formaların parçası yun deyildi. Əksinə insanlar indiki geyimlərə görə daha çox bizə minnətdar olmalıydı.
Görürəm ki, kimlərsə aranı qarışdırmaq istəyir. Parçaları labaratoriyadan keçirməmiş necə keyfiyyətsiz demək olar? Tutaq ki, bu il yeni formaları tikməsəydik, məktəblilər nə geyəcəkdi? İstəyirsən yaxşı iş görəsən, alınmır. İşimizə “padnoşka” verirlər. Hansı mənsəbə qulluq edirlər bilmirsən”.

Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi