azia.az
azia.az

Əvəz Zeynallı və Elçin Sadıqov barəsində QƏRAR VERİLDİ

11-09-2022, 10:28

Əvəz Zeynallı və Elçin Sadıqov barəsində QƏRAR VERİLDİ
"Xural TV” youtube kanalının rəhbəri jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qərarı verilib.



Sfera.az-ın məlumatına görə, Baş Prokurorluq tərəfindən onların barəsində verilmiş təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb. Hakim Fərid Əmirəliyevin qərarına əsasən, Ə.Zeynallı və E.Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.



Hər iki şəxs Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham olunur.

Xatırladaq ki, bir neçə gün öncə jurnalist Eynulla Fətullayev həmkarı Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığını iddia etmişdi. Daha sonra bununla bağlı səs yazısı yaymışdı. Həm Əvəz Zeynallı, həm də iş adamının vəkili olan Elçin Sadıqov iddiaları təkzib etmişdi.



Baş Prokurorluq əməkdaşları bu gün Əvəz Zeynallı ilə Elçin Sadıqovun evində və ofisində axtarış aparıb, bir sıra sənədlər götürülüb. Daha sonra hər iki şəxs barəsində cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi