azia.az
azia.az

Əvəz Zeynallı da Etibar Əliyevi məhkəməyə verdi: “Bu, sifarişdir”

25-04-2022, 12:53

Əvəz Zeynallı da Etibar Əliyevi məhkəməyə verdi: “Bu, sifarişdir”
“Etibar Əliyevin məni məhkəməyə verməsi sifarişdir”.
Bunu Azia.az -a açıqlamasında Xural TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı deyib.
O bildirib ki, deputatın üç iddia ilə məhkəməyə müraciət etməsi işin planlı və sifariş əsasında baş verdiyini deməyə əsas verir:
“Əgər Xural TV-nin bağlanması iddiası varsa, bu, Ramiz Mehdiyev missiyasının davamıdır. Deməli, R. Mehdiyev hələ oyaqdır, Əli Həsənov hələ ayaqüstədir. Çünki heç kim Xural TV-ni bağlatmaq iddiasını ortaya qoya bilməz.
Əgər bu iddia varsa, deməli bunu içindən Mehdiyev xortlayır. Deməli bundan ən azı Sahibə Qafarovanın, E. Əliyevi deputat edənlərin xəbəri var. Çünki Parlamentdə heç kim icazəsiz səhər-səhər evdə “qlazok” da yeyə bilməz. Çünki S. Qafarovadan icazə almalıdırlar”.
Ə. Zeynallı E. Əliyevlə münasibətlərinin kəskinləşməsi tarixçəsini də danışıb:
“Məsələ belə başladı ki, Etibar Əliyev həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmov haqqında status yazdı, amma həmin statusu axşam sildi. Hər kəs bu hərəkəti qınadı, ona nə gəldi-yazmağa başladılar. Mən də dedim ki, “sevindik ki, Vahid Əhmədovdan sonra E. Əliyev də bu barədə yazdı”. Sonra məlum oldu ki, həmin statusu təyinatlı olaraq sildirdilər. Bundan sonra R. Mehdiyev haqqında status yazdı. Onda da Müsavat TV-dən Sevinc Telmanqızı mənə E. Əliyevin R.Mehdiyevin istefası haqqında status yazmasıyla bağlı sual verdi. Mən də dedim Etibar qeyri-ciddi adamdır, onu saymayın. Yazıb, sonra silə bilər. Daha sonra Mehdiyev açıqlama yaydı, hamı haqqında fikrini bildirdi. Etibara gələndə dedi ki, tanınmış jurnalist Ə. Zeynallının Etibar haqqında fikirləri var, ona görə də onun barəsində əlavə danışmağa lüzum yoxdur. Bu da ona “od” vurdu. O da yazdı ki, boynuna ip ölçüm, ay R. Mehdiyev, bəs “Xural” adlı tövlədə dana kimi böyürən Ə. Zeynallıya möhtac qalmısan. Bunu canlı yayımda mənə atdılar ki, Etibar sənə belə yazıb. Əgər Xural TV-yə, mənim ailə olaraq bildiyim yerə sən tövlə deyirsənsə, o zaman sən tövlədə olmusan, sən tövlədə dünyaya gəlmisən, auran da, əhatə dairən də tövlədir. Vəssalam. Bizim qısa macəramız budur”.
Məhkəmə prosesinə ciddi hazırlaşdığını, bunun üçü Elçin Sadıxovu vəkil seçdiyini deyən jurnalist, qarşılıqlı iddia ilə çıxış edəcəyini bildirib:
“Vəkilim Elçin Sadıqov iddia ərizəsi hazırlayıb. Qarşılıqlı iddia ilə çıxış edirik və onu məhkəməyə verəcəyik.
Çünki birinci o məni təhqir edib. Mənsə sadəcə ona cavab vermişəm. İndi bunu bəhanə edib, məni məhkəməyə verir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi