Jurnalist Elçin İsmayıllının barəsində olan həbs qətimkan tədbiri müddəti üç ay uzadılıb.
Bu barədə Teleqraf.com-a jurnalistin vəkili Elçin Sadıqov bildirib.
Vəkil deyib ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Elçin İsmayıllının barəsindəki həbs qətimkan tədbirinin daha 3 ay, yəni 12 sentyabr 2017-ci il tarixədək uzadılması barədə Baş prokurorluğun vəsatət və təqdimatı təmin edilib: “Həmin qərardan apelyasiya şikayəti verəcəyik. Həbsdə olduğu müddətdə Elçin İsmayıllı ilə heç bir istintaq hərəkəti aparılmayıb”.
Jurnalist Elçin İsmayıllı bu ilin fevralın 17-də İsmayıllı rayonunda həbs olunub.
Jurnalistə qarşı Cinayət Məcəlləsinin 182.2.2 (hədə yolu ilə pul tələb etmək və bu hal dəfələrlə törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) ittihamları sürülüb.