azia.az
azia.az

Azərbaycanda dindar narkotiklə tutuldu

9-09-2022, 16:54

Azərbaycanda dindar narkotiklə tutuldu
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Zamir Salmanov və Albert Balakişiyevi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Demokrat.az-a verilən məlumata görə, həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Məlumata görə, Zamir Salmanov rayon ərazisində özünü dindar şəxs kimi təqdim edirmiş.

Faktla bağlı Qusar RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi