azia.az
azia.az

"Patı" ilə tutulan şəxsin digər cinayəti ortaya çıxdı

10-09-2021, 08:52

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açılıb.
"Patı" ilə tutulan şəxsin digər cinayəti ortaya çıxdı
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Axar.az -a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Fuad Qənbərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə olan "patı" və "şüşə" adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.
F.Qənbərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının 2-də tanışı Coşqun Əhmədovla birlikdə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi də müəyyən edilib.

Keçirilən tədbirlərlə C.Əhmədov şöbə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən Orxan Mirzəyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə heroin aşkarlanıb.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi