azia.az
azia.az

DİN məlumat yaydı: Nəzrin Hüseynova saxlanıldı

14-06-2022, 12:27

DİN məlumat yaydı: Nəzrin Hüseynova saxlanıldı
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azia.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Cəfər Tarverdiyev və Bakı şəhər sakini Nəzrin Hüseynova saxlanılıblar.



Həmin şəxslərin üzərlərinə və C.Tarverdiyevə məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, eləcə də "patı”, "şüşə” adlandırılan psixotrop maddə metamfetamin, marixuana, 1 ədəd elektron tərəzi və 1 ədəd süngü bıçaq aşkar olunaraq götürülüb.

Bundan əlavə olaraq araşdırmalar zamanı, C.Tarverdiyevin qonşuluğunda olan və faktiki yaşayış olmayan evin həyətyanı sahəsində çətənə (kannabis) bitkiləri əkib yetişdirdiyi məlum olub.



Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

DİN məlumat yaydı: Nəzrin Hüseynova saxlanıldı
DİN məlumat yaydı: Nəzrin Hüseynova saxlanıldı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi