azia.az
azia.az

Bakıda sürücülük hüququ olmayan şəxsdən “yol terroru”: Uşağı vuraraq öldürdü

2-09-2022, 09:17


Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Hadisə axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda qeydə alınıb.



Paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi VAZ-21099 markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Sadıxova Könül Samir qızını vurub.

Bakıda sürücülük hüququ olmayan şəxsdən “yol terroru”: Uşağı vuraraq öldürdü

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Ətraflı


Qəza törətməkdə şübhəli bilinən Nizami Rəhimli polis əməkdaşları tərəfindən saxlanılıb.



Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. (apa)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi