azia.az
azia.az

Gəncə-Şəmkir yolunda qəza baş verib, yaralılar var

20-04-2016, 09:17

Gəncə-Şəmkir yolunda qəza baş verib, yaralılar var Gəncə-Şəmkir avtomobil yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. Samux rayon sakini, 1988-ci il təvəllüdlü İrxan Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan ağaca çırpılıb. Qəza zamanı sürücü və Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Yasin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi