Göyçayda polis əməkdaşı ölumlə nəticələnən ağır qəza törətdi
Göyçayda polis əməkdaşı ölumlə nəticələnən ağır qəza törətdi
Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun mərkəzi hissələrindən birində qeydə alınıb. Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidmətinin əməkdaşı, rayonun Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçi, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub. Yaralı aldığı ağır xəsarətlərdə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (Report)