azia.az
azia.az

Sabunçu rayonunda evə basqın edən şəxslər saxlanılıblar - VİDEO

23-08-2022, 18:32

Sabunçu rayonunda evə basqın edən şəxslər saxlanılıblar - VİDEO
Avqustun 20-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfərin qonşu adı ilə açdırmaları, mənzilə daxil olarkən həmin şəxslərdən birinin əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurması, digərlərinin isə evi axtardıqdan sonra oradan qaçmaları barədə məlumat daxil olub.

Bu barədə AZİNFORM.AZ-a DİN-dən məlumat verilib.

Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva və Jalə Mahmudova saxlanılıblar.

Faktla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi