azia.az
azia.az

Cəlal Bağırov Türkiyədə həbs edildi

16-05-2022, 12:24

Cəlal Bağırov Türkiyədə həbs edildi
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan Cəlal Bağırov Türkiyədə saxlanılıb.

C.Bağırov Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Cəlal Bağırov Hacıbala Abutalıbovun rəhbər olduğu dövrlərdə Bakı Şəhər İcra Hakimiyyətində hüquqşünas-məsləhətçi vəzifəsində çalışıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi