azia.az
azia.az

Özünü Türkiyədə FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilib

6-01-2022, 11:26

Özünü Türkiyədə FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verilib
Saxta polkovnik hərbi forması geyinərək özünü Fövqəladə Hallar və Müdafiə nazirliklərinin məsul şəxsi kimi təqdim etməklə dələduzluq etməkdə təqdim edən Rasim Əhmədli beynəlxalq axtarışa verilib.

Azia.az Trend-ə istinadən bildirir ki, 1981-ci il təvəllüdlü Rasim İkram oğlu Əhmədli barəsində hüquq-mühafizə orqanlarında Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədilməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O cinayət işi üzrə istintaqa cəlb edilsə də, istintaqdan yayınıb. Nəticədə onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və R.Əhmədli beynəlxalq axtarışa verilib.


Xatırladaq ki, Rasim Əkbərli əvvəllər də bir neçə dəfə məhkum olunub. O özünü Fövqəladə Hallar və Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadıb, həmçinin I Qarabağ müharibəsinin qazisi adı ilə xaricdə yaşayan azərbaycanlı iş adamlarından pul alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi