azia.az
azia.az

İntim videosu yayılan müəllim dərsə buraxılmır

4-05-2022, 13:52

İntim videosu yayılan müəllim dərsə buraxılmır
Tələbə qızlara əxlaqsız təkliflər etməkdə ittiham olunan Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov dərslərə buraxılmır.

Azia.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müəllimlə bağlı ittihamlar öz təsdiqini taparsa, ona qarşı ağır cəza tətbiq olunacaq:

"Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görüləcək. Müəllim özü də açıqlama verdi ki, ondan müəyyən məbləğdə pul istənilib və ödəmədiyi üçün video yayımlanıb. Gözləmə mövqeyindəyik, fakt təsdiqini taparsa, ən ağır şəkildə cəzalandırılacaq. Videodakı şəxslər universitetin tələbələri olmayıb. Bundan öncə də bir neçə nəfərin oxşar videoları yayılıb".

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma başlayıb.

Elşad Rəhimov universitetdə zooloq kimi heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi