BDU rektorunun müşaviri bıçaqlandı - FOTO - YENİLƏNDİ
7 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.
Azia.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat yayıb. O, bildirib ki, xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.
Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
--------------------
"Bakı Dövlət Universitetdə baş verən bıçaqlanma hadisəsindən məlumatlıyıq".
Bunu açıqlamasında nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E.Hacıyev bildirib ki, hadisəni törədən şəxs keçirilən təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri ilə müəyyən olunaraq saxlanılıb:
"Hadisənin təfərrüatları araşdırılır. Mirzə Mirzəyevi 1963-cü il təvəllüdlü İsmixan Mirzəyev bıçaqladığı müəyyən edilib. Yaralı Mirzə Mirzəyevin vəziyyəti qənaətbəxşdir. Əlavə məlumat veriləcək".
BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.
Unikal.org məlumatına görə, hadisə Bakı Dövlət Universitetində baş verib.
Hadisəni İsmixan adlı şəxs törədib.
Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndər anews.az-a hadisəni təsdiq edib. Bildirib ki, rəsmi açıqlama yaxın zamanda veriləcək.