azia.az
azia.az

Bakıda universitetdə qızlara inanılmaz qadağa

23-10-2018, 08:08

Bakıda universitetdə qızlara inanılmaz qadağa

“Odlar Yurdu” Universitetində qəribə qadağa barədə məlumat yayılıb.

Universitetdən Azia.Az-a bildirilib ki, tələbələr hündürdaban ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur:

“Bu mənada, tələbələrə ciddi məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir. Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir.

Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, bu da tələbələrin xeyrinədir. Tələbə, müəllim hər zaman səliqəliliyi, nizam-intizamlılığı ilə seçilməlidir. Pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə onsuz da heç bir tələbə və ya müəllim dərsə gəlmir” .

Məlumatda qeyd edilib ki, bu qayda illərdir universitetdə tətbiq olunur:

“İstər tələbələrimiz, istərsə də universitetin əməkdaşları tərəfindən müsbət qarşılanır. Bu gün xarici universitetlərin əksəriyyətində işgüzar geyim qaydaları mövcuddur. Bu, bütün dünyada qəbul olunan işgüzar geyim standartına uyğunlaşdırılır.

Korporativ geyim üslubu hər bir iş mühitində müəyyən qədər peşəkarlığı əks etdirməlidir. Hər bir işçinin, tələbənin geyimi də çalışdığı, oxuduğu ali təhsil müəssisəsinin vizual imicini formalaşdırır. Sənin geyimin sənin həmsöhbətinə, görüşdüyün şəxsə bir mesaj vermək imkanına malikdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi