Yeniyetmə ANASI ilə yaşayan kişini qanına QƏLTAN ETDİ
Məlumata görə, hadisə Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 21 yaşlı Məmmədov Adəm Qurbanxan oğlu qarının ön divarının kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb. Həmin şəxsi onun yaşadığı qadının 16 yaşlı oğlu Bürxanov Seyidəli Məmmədili oğlunun bıçaqladığı bildirilir. Faktla bağlı araşdırma aparılır.