Gədəbəydə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun İnəkboğan kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Qaragöz Akif oğlu sol bel nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Əməliyyat olunan yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Q. İbrahimovun şəxsi münasibətlər zəminində qohumu tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.