Azərbaycanda 39 yaşlı kişini qətlə yetirdilər
Sabirabad rayonunda qətl hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Sabirabad şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.
Rayon sakini, 1977-ci il təvəllüdlü İsmayılov Raqif Eldar oğlu həmin ünvanda bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.