azia.az
azia.az

Azərbaycanda bayram günü dəhşətli qəza: polis yaralandı, ölənlər var

20-03-2022, 19:40


Martın 20-də Ağcabədi, Hacıqabul və Sabirabad rayonlarında yol-nəqliyyat hadisələri baş verib.

Üç rayonda qeydə alınan yol qəzaları nəticəsində ölənlər və yaralananlar olub.
Azərbaycanda bayram günü dəhşətli qəza: polis yaralandı, ölənlər var
Belə ki, Sabirabadın Kürkəndi kəndində “Mercedes” markalı avtomobil yüksək sürətlə divara çırpılıb. Nəticədə avtomobildə olan Kürkəndi kənd sakini, 1988-ci il təvəllüdlü Abışov Rafiq Zabil oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək yüksək sürətlə divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – 1979-cu il təvəllüdlü Abışova Günay Zeynalabdin qızı, onun övladları 1999-cu il təvəllüdlü Aysel və 2002-ci ildə anadan olmuş Ülvi Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib. Sonuncunun ayağı travmatik amputasiya olunub, ana isə reanimasiya şöbəsinə yerləşdirilib.

Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 1979-cu il təvəllüdlü Abışova Günay Abdul qızı ölüb.

Hadisə yerinə FHN Sabirabad Yanğından Mühafizə Xidmətinin xüsusi xilasetmə briqadası cəlb edilib. Avtomobildə sıxılıb qalan şəxsi xüsusi avadanlığın köməyi ilə çıxararaq təcili yardım işçilərinə təhvil veriblər.

Ağcabədinin Hindarx qəsəbəsində baş verən qəzada hərəkətdə olan traktor qarşıdan gələn “BMW” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “BMW” nin sürücüsü və sərnişini ölüb.

Faktla bağlı araşdırma başlanıb qəza zamanı ölənlərin kimliyi araşdırılır.

Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində də yol qəzası qeydə alınıb.

Qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri, Şirvan sakini 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktlarla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi