azia.az
azia.az

Bakı-Şamaxı yolunda ağır qəza: ölənlər var

9-03-2016, 09:45

Bakı-Şamaxı yolunda ağır qəza: ölənlər var Bakı-Şamaxı yolunun 34-cü kilometrliyində ağır yol qəzası baş verib.
Magistral yolun Abşeron rayonundan keçən hissəsində 1964-cü il təvəllüdlü Musayev Mehman Mirağa oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 10 EJ 521 nömrə nişanlı avtomobillə, 1966-cı il təvəllüdlü Şıxəliyev Mayis Ağazər oğlunun sürdüyü "Mercedes" markalı, 99 DV 462 dövlət qeydiyyatlı avtomobil toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü və sərnişini, 1975-ci il təvəllüdlü İbrahimov Elnur Həsən oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat ediblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi