azia.az
azia.az

Ağstafanın icra başçısının müavini rüşvət aldığını etiraf edib - İTTİHAM AKTI

5-03-2022, 18:41

Ağstafanın icra başçısının müavini rüşvət aldığını etiraf edib - İTTİHAM AKTI
Həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə şahid qismində tanınan RİH-in başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovanın istintaqa verdiyi ifadəsi məlum olub.“Report”a istinadla xəbər verir ki, o ifadəsində bildirib ki, 2008-ci ildən Ağstafa RİH-in başçısının müavini vəzifəsində çalışır, xidməti fəaliyyətilə əlaqədar təhsil, səhiyyə, mədəniyyət sahələrinə nəzarəti həyata keçirir.

O deyib ki, N.Quliyev 2019-cu ilin aprel ayının 5-də Ağstafa RİH-in başçısı təyin olunduqdan bir müddət sonra rayonda fəaliyyət göstərən bağçalardan abadlıq işlərinə yardım adı altında rüşvət toplamağa başlayıb:

"Bu barədə icra başçısının sabiq müavini Ramiz Tatarov vasitəsilə mənə məlumat göndərdi. Nizaməddin Quliyevin tapşırığı ilə Ağakişiyev Fazil Maksim oğlu və Yaqubova Zülfiyyə Hüseyn qızından Ağstafa rayon Qarayazı kənd uşaq bağçasına vakant gözətçi yerlərinə işə düzəlmək üçün müdir Rəsmiyyə Əhmədova vasitəsilə hər birindən 3 000 manat, ümumilikdə 6 000 manat, Pirili kənd uşaq bağçasına vakant gözətçi ştatlarına işə düzəlmək üçün Məmmədova Gülsarə Səlim qızı və Mirzəyev Elman Telman oğlunun hər birindən 1 000 manat olmaqla ümumilikdə 2 000 manat, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından vəzifədə saxlanılması görə 2 000 manat, Qarayazı kənd uşaq bağçasının müdiri Əhmədova Rəsmiyyə Xəlil qızından vəzifədə saxlanılması görə 1 800 manat, Vurğun qəsəbə 2 saylı körpələr evi və uşaq bağçasının müdiri Qasımova Rahilə Əli qızından vəzifədə saxlanılması görə 2 500 manat, Böyükkəsik kənd uşaq bağçasının müdiri Hüseynova Sədaqət Baba qızından vəzifədə saxlanılmasına görə 1 700 manat, Sadıqlı kənd uşaq bağçasının müdiri Mustafayeva Rəsmiyyə Veysəl qızından vəzifədə saxlanılmasına görə 1 500 manat, Xətai kənd uşaq bağçasının müdiri Hüseynova Mülayim Əli qızından vəzifəsində saxlanılmasına görə 2 000 manat məbləğində rüşvət aldım. Həmin pulları da Nizaməddin Quliyevə çatdırmaq üçün xidməti otağında Ramiz Tatarova verdim".

Şahid söyləyib ki, bundan başqa o, Ağstafa RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini vəzifəsində işləyən Əziz Məsmalıyev vasitəsilə Qırılı kənd uşaq bağçasının müdiri Nağıyeva Zahirə Əmiraslan qızından vəzifədə saxlanılmasına görə 2 000 manat, Poylu qəsəbə 2 saylı uşaq bağçasının müdiri Hüseynova Zərnişan Mığır qızından 1 000 manat, Qırlı kənd uşaq bağçasının müdiri Allahverdiyeva Xalidə Hidayət qızından 1 500 manat məbləğində rüşvət alıb: "Daha sonra həmin pulları Nizaməddin Quliyevə çatdırması üçün xidməti otağında Ramiz Tatarova təqdim etdim".

L.Eyyubova ifadəsində vurğulayıb ki, N.Quliyevin tələbi ilə Ağstafa rayonun Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri Sevda Rəhimovadan 2 500 manat məbləğində rüşvət istəyib: "Lakin Sevda Rəhimova buna etiraz etdi və həmin pulu vermədi".

Qeyd edək ki, N.Quliyev və Ramiz Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Ağstafanın icra başçısının müavini rüşvət aldığını etiraf edib - İTTİHAM AKTI
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi