Ramiz Tatarov mərhum icra başçısını SATDI - “Rayon ərazisində yığılan rüşvətin hamısını Nizaməddin Quliyevə verirdim”
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının həbsdə olan sabiq müavini Ramiz Tatarovun istintaqa verdiyi bəzi ifadələr məlum olub. O, istintaqda dindirilən zaman özünü elan edilmiş ittiham üzrə təqsirli bilib.
İfadəsində göstərib ki, həbsdə vəfat edən Ağstafa RİH-in keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin aprel ayının 5-də rayon icra başçısı təyin edildikdən sonra kənd icra nümayəndələrindən və bələdiyyələrdən onun vasitəsilə, eləcə də özü rüşvət toplamağa başlayıb.
R.Tatarov deyib ki, N.Quliyev onu yanına çağırıb icra nümayəndələrinə və bələdiyyələrə söz göndərməyini istəyib: “Nizaməddin Quliyev kim onun istədiyi məbləği verməsə, həmin şəxsi işdən azad edəcəyini bildirdi. Onun tapşırığı əsasında kənd icra nümayəndələrindən və bələdiyyələrdən müxtəlif məbləğlərdə rüşvət yığıldı, sonradan həmin pulların hamısını Nizaməddin Quliyevə verdim”.
İttihamda qeyd edilib ki, N.Quliyevin xidməti otağına baxış zamanı üzərində “Düzqışlaq 5000”, “Xətai 5000”, “Musayev Bəhram 180 ha üçün 1500”, “Həsənzadə İsaq 300 ha üçün 2500”, “Aslanov Mahal 100 ha üçün 1000”, “Mehdiyev Ədalət 25 ha üçün 300”, “Poylu bağça 1500”, “Sadıqlı bağça 5000”, “Böyük Kəsik bağça 4000”, “Ağgöl bağça 3000”, “Zəlimxan 2000”, “Ömərov Pərviz 400 ha 4000”, “Həsənov Əli Kərəm oğlu 5000”, “Abadlıq 4000”, “Pirili bağça (gözətçi) 1000”, “Qırılı bağça 1500”, “Qarahəsənli bağça 1000”, Həsənov Şahsevər Bəhruz oğlu 123 ha 1000”, “Poylu Qəsəbə (Nümayəndə) 4000”, “Aşağı Kəsəmən 4000”, “Saloğlu 3000”, Köçvəlli 3000”, “Qarayazı bağça 1500”, “B.kəsik tikinti 2000”, “Əlicanov Ramiz 350 ha 2000”, “Qarayazı bağça (gözətçi) 1000”, “Komoxoz 12000”, “Qızılı 1 saylı bağça 1500”, “Q.Kəsəmən bağça gözətçi 2000”, “Sadıqlı bağça 1500”, “Köçəsgər bağça (tərbiyəçi) 1000”, Sadıqov Hacı 141 ha 1500”, “Mustafayev Elşən 500 ha 4000”, “Komoxoz yeni iş 10000”, “Karxan 5000”, “Karxan 5000”, “Karxan 2000”, “Osmanova Gülnarə 300 2500”, “Ömərov Usub 514 4000”, “Komoxoz 10.000”, “Xətai bağça 1500”, “Mikayılov Azər 190 ha 1500”, “Aşağı Göyçəli 2000”, “Qarahəsənli 2000”, “Q.Kəsəmən 3000”, “Sadıqlı 2000”, “Qızılı 2000”, “KolXəlfəli 2000”, “Tatlı 2000”, “Tatlı mühasib 1500”, “Qarayazı mühasib 1500”, “Vurğun bağça 075 1000”, “Həsənsu 2000”, “Vurğun 5000”, “Böyük Kəsik 3000”, “Düzqışlaq 2000”, “Pirili 3000”, “Xanəliyev Binnət 60 ha 500”, “Muqanlı 3000”, “Göyçəli 3000”, “Poylu 3000”, “Poylu qəsəbə 2000”, “Xılxına 2000”, “Bağça (Hesabat var) 6000”, “Səhiyyə (hesabat var) 5000”, “Xətai bələdiyyə 2000”, “Həsənsu bağça 1500”, “Q.Kəsəmən tikinti 1500” adlar və məbləğlər yazılmış 23 ədəd kağız parçası aşkarlanıb.
R.Tatarov bu epizod üzrə söyləyib ki, vərəqlərdə göstərilən adlar - icra ümayəndələrinin, bələdiyyələrin, bağça müdirlərinin, torpaq sahiblərinin adları olub: “Adların qarşılarında yazılmış məbləğlər isə onlardan rüşvət qismində alınan pullar idi. Həmin kağız parçaları mənim xəttimlə yazılıb. Nizaməddin Quliyev gün ərzində yığılan rüşvətlərin alındığı şəxslərin adları və məbləğləri qeyd edilmiş kağız parçasına yazılmasını tapşırmışdı. Mən də onun tapşırığı ilə aldığım pulların məbləğini kağız parçalarının üzərinə yazdım. Daha sonra pulları qeyd etdiyim kağız parçalarının arasına qoyaraq birlikdə Nizaməddin Quliyevin xidməti otağında ona verdim”.
Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Mənbə:My Webpage