azia.az
azia.az

SON DƏQİQƏ! Bələdiyyə sədri AÇIQLADI - "Onu güllələyən mənim qardaşımdır"

23-02-2022, 19:58

SON DƏQİQƏ! Bələdiyyə sədri AÇIQLADI - "Onu güllələyən mənim qardaşımdır"
Xəbər verdiyimiz kimi, dünən Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini Xalid İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirib.

Hadisəni törədən şəxsin kimliyi ilə bağlı məlumat almaq üçün Bəhramtəpə Bələdiyyə sədri İman İbrahimovla əlaqə saxladıq.

O 32gun.az-a açıqlamasında həmin şəxsin onun qardaşı olduğunu bildirib. Bələdiyyə sədri şəxsi münaqişə zəminində baş verən hadisə ilə bağlı araşdırma getdiyi üçün əlavə məlumat verə bilməyəcəyini qeyd edib.

Nilay

*** 12:40

Daxili İşlər Nazirliyi (DİN) İmişli sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən 32gun.az-a daxil olan məlumatda deyilir:

"İmişli Rayon Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini Xalid İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil oub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılıb. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi