BAKIDA KAFEDƏ BIÇAQLANMA: ÖLƏN VAR
Azia.az xəbər verir ki,Dekabrın 16-da paytaxtın Nizami rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini İlham Soltanəliyev münaqişə zəminində orada işləyən Cəbrayıl rayon sakini Səbuhi Səfərovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, S.Səfərov xəstəxanaya aparılarkən yolda ölüb.
25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən İ.Soltanəliyev saxlanılıb.