azia.az
azia.az

Bacısı oğluna nifrət edən dayı onu niyə güllələdi... - TƏFƏRRÜAT

27-01-2022, 14:27

Bacısı oğluna nifrət edən dayı onu niyə güllələdi... - TƏFƏRRÜAT
Beyləqan sakini bacısı oğlunu güllələyib.

"Ölkə.Az" xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə yanvarın 24-də Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Kamran Səfərlinin tüfəngdən açılan atəş nəticəsində kürək nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Xuliqanlıq zəminində tüfəngdən açdığı atəşlə Kamran Səfərliyə xəsarət yetirməkdə şübhəli bilinən dayısı, Beyləqan rayon sakini Bəhruz Mürsəlov saxlanılıb.

Saxlanılan şəxs istinataq vediyi ifadəsində bildirib ki, silah onun özünə məxsus olub.

"Silah özümün idi. Evdən çıxanda qoydum maşına ki, bacımgilə dəyib oradan da ova gedəcəkdim. Bacım oğlu ilə aramız heç də yaxşı olmayıb. Nifrət bəsləmişəm ona. Birdən ağlıma gəldi ki, onu tüfənglə qorxudum. Vurmaq məqsədim olmayıb. Birinci atəşi göyə atdım qorxmadı, ikinci atəşi də pəncərədən içəri atdım əyiləndə kürəyinə dəydi".

Xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi