Əvəz Şıxməmmədovu qətlə yetirən əmisi oğlunun FOTOSU
Xəbər verdiyimiz kimi, bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
Gundem.az xəbər verir ki, 24 yaşlı jurnalist Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.
Əvəz Şıxməmmədovu qətlə yetirən əmisi oğlu Əmrulla Güləliyevin fotosunu təqdim edirik: