azia.az
azia.az

Davadan sonra qonşularını maşınla əzib qətlə yetirən şəxsdən YENİ XƏBƏR

5-07-2016, 23:17

Davadan sonra qonşularını maşınla əzib qətlə yetirən şəxsdən YENİ XƏBƏR Qusarda dalaşdığı həmkəndlilərini avtomobillə, qəsdən əzərək qətl törədən 32 yaşlı Habil Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Qusar Prokurorluğunda cinayət işi istintaqı başa çataraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qətl araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi keçən il dekabrın 30-da Qusar rayonu İmamqulu kəndində baş verib. 32 yaşlı kənd sakini Habil Abbasov həmkəndliləri Əliverdi Mirəzyev və Ziyəddin Ağasıbəyov mübahisə edərək dalaşıb. Hirsi soyumayan Habil Abbasov idarə etdiyi “Opel Zafira” markalı avtomobilini həmkəndliləri Əliverdi Mirəzyev və Ziyəddin Ağasıbəyovun üzərinə sürürək onları əzib. Hadisə nəticəsində Əliverdi Mirzəyev hadisə yerində keçinib, Ziyyədin Ağasibəyov isə Qusar xəstəxanasına çatdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi