azia.az
azia.az

İcra Hakimiyyəti əməkdaşlarının üzərinə benzin töküb yandırmaq istədi – Gəncədə ŞOK

21-02-2022, 17:20

İcra Hakimiyyəti əməkdaşlarının üzərinə benzin töküb yandırmaq istədi – Gəncədə ŞOK

Əlillik dərəcəsinin təyin olunmaması ilə bağlı narazılıq yaratmaq məqsədilə 21 fevral 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına müraciət edən, Vətən müharibəsi iştirakçısı Hüseynov Qiyas Sahib oğlu Gəncə Şəhər Hakimiyyətinin qəbul otağına gələrək təkidlə ona əlilliyinin təyin edilməsinə köməklik göstərilməsini tələb edib.


Gəncə ŞİH-dən verilən məlumata görə, ona istəyi ilə bağlı ətraflı izahat verilməsinə baxmayaraq, Q.Hüseynov özünün və İcra Hakimiyyətinin əməkdaşlarının üzərinə benzin tökərək yandırmağa cəhd edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona qarşı zor tətbiq etmə ilə müşayiət edilən qərəzli hərəkətlər edib. Dedikləri ilə kifayətlənməyərək, Qiyas Hüseynov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarının və polis işçilərinin yanında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, eyni zamanda Vətən müharibəsi iştirakçısı olan Babayev Ayxan Cavanşir oğlunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, başı ilə onun üz nahiyəsinə zərbə vuraraq, dövlət məmuruna xəsarət yetirib.

Məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub.

Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev Vətən müharibəsinin iştirakçısı olmuş, “N” saylı hərbi hissənin manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamları ilə isə “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

unikal.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi