Azərbaycanda ən çox işləyən icra başçıları kimlərdir?
Azərbaycanda bir vəzifədə uzun illər işləmək ənənəsi uzun illərin təcrübəsinə söykənir. Vəzifə sevdası və var-dövlət xəstəsi olan məmurlar bunlara nail olmaq üçün minbir dona girməli olurlar. Belə ki, ilk əvvəl özlərini iguzar, kristal adam kimi göstərməyə çalışsalar da , sonradan əsil simaları meydana çıxır. Kim nə qədər bacarır yerini möhkəm saxlamağa çalışır. Bunu lap yuxarıdan aşağıya qədər bütün vəzifədə oturanlara aid etmək olar. İcra başçısı vəzifəsində alışanlar Azərbaycandakı bu ənənəyə maksimum sadiq qalmağa çalışırlar. Elə icra başçıları var ki, 20 il, eləsidə var 27 ildir bir rayona rəhbərlik edir.
Hüseynov Eyvaz- Hüseynov Eyvaz Mövsüm oğlu 15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. 1976-cı ildə Xocavənd rayonunun Kuropatkin kənd orta məktəbini bitirib. Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaradıb, həmin dəstənin komandiri olub. Torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanıb.Rəhbərlik etdiyi Xocavənd batalyonu dəfələrlə düşmənə zərbələr vurub.Xocavənd istiqamətində bütün döyüş əməliyyatlarına birbaşa rəhbərlik edib. 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Adil Məmmədov - A. M. Məmmədovun 3 sentyabr 1994-cü ildə Oğuz rayonu İcra hakimiyyətinin başçısı təyin edilir. Sonra isə
5 iyul 2002-ci il Qəbələ Rayonuna, daha sonra Biləsuvar rayonuna və nəhayət 26 aprel 2011-ci ildə Qobustan rayonu İcra hakimiyyətinin başçısı təyin edilir.
Novruzov Novruz Nəcəf oğlu -1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Taleh Azay oğlu Qaraşov--1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Əzizov Eldar Əziz oğlu- 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı,2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2015-2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
İsmayılov Nazim Mehdi oğlu-- 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı işləmişdir. zərbaycan Respublikası Prezidentinin 21 aprel 2011-ci il tarixli Sərəncamı ilə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir