azia.az
azia.az

Şəhid anası intihar edib? - İCRA BAŞÇISI XƏSTƏXANAYA YOLLANDI

27-10-2021, 08:35

Şəhid anası intihar edib? - İCRA BAŞÇISI XƏSTƏXANAYA YOLLANDI
44 günlük Ikinci Qarabaö müharibəsində yeganə övladını itirən Vüsalə Məmmədova bu gün, oktyabrın 26-da dərman içərək intihar edib. Bu barədə “Turan”a V.Məmmədovanın yaxınları bildiriblər.

Yaxınlarının dediklərinə görə, o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanada yatır, durumu çox ağırdır.

Qohumlar bildirirlər ki, 2020-ci il oktyabrın 17-də Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olan Azər Həsənovun anası hazırda kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir.

“Bir il ərzində Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. Şəhidimizin nənəsi ilə telefonla danşdım. Deyir ki, “qızım bezdi, adamı nə qədər aldadarlar. Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri “başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz” deyir. Dərdimizi kimə deyək?”- deyə V.Məmmdovanın anası bildirir.

Şəhid yaxınları rica edirlər ki, bu status paylaşılsın və ən azından bu zülmün ağırlığı altında inləyənlərin səsini çatdırmağa cəhd olunsun.
Şəhid anası intihar edib? - İCRA BAŞÇISI XƏSTƏXANAYA YOLLANDI
“İşğaldan azad olunmuş bölgələrdə forslanıb poza verənlər, hərdən evinin çırağı sönən anaları da xatırlayın. O, anaların min bir əziyyətlə böyütdüyü övladlarının qanı forsla gəzdiyiniz torpaqlarda qurumayıb hələ”, - deyə şəhid yaxınlarını etirazlarını ifadə edirlər.

Lakin Gəncə Şəhər İcra Hakimiyyəti bu xəbəri təkzib edib. Bununla bağlı yayılmış açıqlamada deyilir:

Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə daim xüsusi qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərin müraciətlərinə dərhal reaksiya verilir, bu kateqoriyadan olan şəxslər şəhər rəhbərliyi tərəfindən növbədənkənar qəbul olunurlar.

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə hesablarında Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızının intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdır. Bildiririk ki, bunların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşmiş, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdir. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət etmiş, onun vəziyyəti ilə maraqlanmışdır. V.Məmmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir. Həkimlərin verdiyi məlumata görə hazırda onun vəziyyəti yaxşıdır.

Əlavə olaraq bildiririk ki, Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınmışdır. V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kiyarəsinin ödənilməsi üçün maddi yardım göstərilmiş, ərzaq yardımı edilmiş, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilmişdir. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilmişdir.

Kütləvi informasiya vasitələri nümayəndələri və vətəndaşlardan yalnız rəsmi məlumatlara istinad etmələri xahiş olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi