Azərbaycanda DƏHŞƏT: Bir ailənin beş üzvünün meyiti tapıldı - YENİLƏNİB
Qusarda bir ailənin dəm qazından boğularaq ölən üzvlərinin adları məlum olub.
Məlumata görə, dəm qazından ölən şəxslər ər-arvad və övladlarıdır.
Dəm qazından boğularaq ölənlərin Qusar şəhər sakinləri - 1987-ci il təvəllüdlü Rusif Şıxov və onun arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova, 2017-ci il təvəllüdlü İmarə Şıxova və digər iki azyaşlıdır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində qeydə alınıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.