azia.az
azia.az

Cavanşir Feyziyev xüsusi ittiham qaydasında məhkəməyə verdi

14-02-2022, 09:44

Cavanşir Feyziyev xüsusi ittiham qaydasında məhkəməyə verdi
Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib.



Manşet.az xəbər verir ki, onun barəsində xüsusi ittiham qaydasında şikayət verilib.

Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir.

Fevralın 17-də Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.

Musavat.com-un məlumatına görə, Cavanşir Feyziyevin təhqir etdiyi redaktorların böyük əksəriyyəti iddia ərizələrini hazırlayb, məhkəməyə təqdim etmək ərəfəsindədirlər. Onları mıəhkəmədə tanınmış vəkil Elçin Sadıqov təmsil edəcək. Media Qrupumuzun 3 əməkdaşı da Cavanşir Feyziyevi məhkəməyə verəcək. Artıq iddia ərizəsi hazırdır. Sevinc Telmanqızı, Rauf Arifoğlu və Xalid Kazımlı, heç bir əsas olmadan, deputat Feyziyev tərəfindən təhqir olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi