azia.az
azia.az

"Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz" - Əflatun Amaşov

7-02-2022, 10:49

"Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz" - Əflatun Amaşov
Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb.

"Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik", - deyə o bildirib.

"Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi", - deyə Amaşov əlavə edib.

Deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq London məhkəməsi tərəfindən müsadirə olunub. Yerli mətbuat və sosial şəbəkələrdə müsadirə barədə qərarının bu vəsaitin deputat tərəfindən qeyri qanuni yolla əldə edildiyi ilə bağlı olduğu bildirilir. Deputat məsələ ilə bağlı müsahibəsində müsadirə faktını təsdiqləsə də, vəsaiti qanuni yolla qazandığını söyləyib.

Onun sözlərinə görə, London məhkəməsinin qərarı ilə ailə üzvlərimin bank hesablarında olan 15 milyon funt-sterlinqin 10 milyonu sərbəst buraxılıb. Qalan 5 milyon məbləğ isə Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən və bu bankın adının vaxtı ilə qeyri qanuni əməliyyatlarla əlaqəli hallandığından müsadirə olunub. Feyziyev həmçinin barəsində sosial şəbəkədə məlumat yayan bir qism Azərbaycan siyasətçisi və jurnalisti təhqir edərək onları özünə qarşı qərəzlilikd suçlayıb. anews.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi