Bəxtiyarla 4 uşaq anasının münasibəti olub - Dəhşətli qətlin təfərrüatı
Bu gün İsmayıllıda orta məktəbdə baş verən qətlin təfərrüatı məlum olub.
"Kriminalqafqaz” cinayəti törətməkdə şübhəli bilinən məktəbin gözətçisi, 25 yaşlı Bəxtiyar Əhmədlinin şəklini əldə edib.
Məlumata görə, B.Əhmədlinin iş yoldaşı olan xadimə, 40 yaşlı Gülarə Qəhrəmanova ilə münasibətləri olub. Buna görə dünən Gülarənin ailə üzvləri Bəxtiyarla danışaraq ona bu münasibətlərdən məlumatlı olduqlarını deyiblər. Onlar Bəxtiyara kənddə artıq söz-söhbətin yayıldığının və bunu aradan qaldırmaq üçün onun kənddən çıxmalı olduğunu deyiblər. Buna əsəbiləşən Bəxtiyar bu gün məktəbdə Gülarə ilə mübahisə edib və onu qətlə yetirib.
Qeyd edək ki, dörd uşaq anası olan Gülarə aldığı xəsarətlər nəticəsində qan itirib və hadisə yerində ölüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçsa da, sonradan saxlanılıb.
Məlumata görə, Bəxtiyar Əhmədli Vətən müharibəsi iştirakçısı olub. O, müharibədə iştirakına görə 4 medalla mükafatlandırılıb. Onlardan ikisi Füzulinin və Şuşanın azad olunmasına görə verilib.