azia.az
azia.az

Anasının məşuqunu 20 il sonra öldürdü - Dəhşətli qətlin təfərrüatı - FOTO

15-10-2021, 08:41


İstanbulda 21 yaşlı gənc - Murat Tumuçin törətdiyi qətl qəribəliyi ilə hər kəsi heyrətə salıb.
Anasının məşuqunu 20 il sonra öldürdü - Dəhşətli qətlin təfərrüatı - FOTO
haberler.com-a istinadən xəbər verilir ki, Kadıköydə bərbər işləyən 42 yaşlı Kamuran Tün 20 il əvvəl Şırnakda yaşayan zaman Muratın anası ilə eşq yaşayıb. Bu xəbəri qadının əri bildikdə öldürüləcəyindən qorxaraq İstanbula qaçıb. Qadının əri bunu bildikdə qadını boşayır. Oğlan da atası ilə qalır. 21 yaşlı oğlu Murat Tumuçin atası Hacı Tumuçinin Kamuran Tüna görə anasından ayrıldığını öyrənib. Və atası ilə onun axtarışına çıxır. Tünün ünvanını tapmaq üçün plan qururlar.

Facebookda "Züleyxa" təxəllüsü ilə Kamuran Tünlə əlaqə saxlayır. Bir neçə gün əvvəl ata, oğlu və qohumu Kamuran Tün ilə görüşmək üçün İstanbula gəlirlər. Kadıköydəki restoranda görüşür, çıxanda Murat Tumuçin və qohumları Kadıköydə küçənin ortasında bıçaqla Tuna hücum edir və yeddi yerdən onu bıçaqlayaraq öldürür.

Anar Əli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi