azia.az
azia.az

Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO

11-02-2022, 11:10

Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO
Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.

Azia.az BAKU.WS-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib. Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.

Xatırladaq ki, hadisə fevralın 5-də "İnşaatçılar” metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.

Qeyd edək ki, hadisə ilə bağlı məktəbli qızın atası Musa Quliyev qafqazinfo-ya müraciət etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi