azia.az
azia.az

Məktəbli qız sinif yoldaşına işgəncə verdi: "Həqiqəti de, yoxsa..." - VİDEO

24-11-2021, 18:33

Məktəbli qız sinif yoldaşına işgəncə verdi: "Həqiqəti de, yoxsa..." - VİDEO
Rusiyanın Elektrostal şəhərində (Moskva vilayəti) məktəbli qız sinif yoldaşını döyüb.

Azia.az xarici mediaya istinadən xəbər verir ki, iki şagird arasındakı mübahisə davaya çevrilib.
Ayaqüstə dayanan qız ayağı ilə stulda əyləşən məktəblinin üzündən vurub. Ardınca isə üzərinə gedərək əli ilə başına bir neçə dəfə zərbə endirib.
Vurduqca isə "ağrıdır" sualını verib. Ətrafdakılar isə onu sakitləşdirib. Ardınca döyülən qız yenidən vurulacağı ilə təhdid olunub.

"Dişini düşürdün? Əlini çək! Hamama get, yuyun. Bütün həqiqətləri de, yoxsa yenidən ... (söyüş söyür)", - məktəbli döydüyü qıza xitabən deyib.

Hadisəni kameraya çəkən şəxs isə gülərək zərərçəkmişi ələ salıb.

Görüntülər sosial medianın Rusiya seqmenti üzrə müzakirələrə səbəb olub.

Prokurorluq faktı araşdırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi