Rayonda ŞOK OLAY! Məktəbli qız iki dəfə evlənmiş kişiyə qoşulub qaçdı
Tərtər rayonunda məktəbli qız qaçırılıb.
Azia.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.