Azərbaycanda deputat koronavirusa yoluxdu: "Vəziyyətim yaxşı deyil"
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev koronavirusa yoluxub.
Azia.az xəbər verir ki, bu barədə deputat “Facebook” hesabında paylaşım edib.
“Nəzərinizə çatdırıram ki, keçən həftədən covidə yoluxmuşan. Xeyli zənglər gəlir və telefonu da söndürmək istəmirəm. Çünki müalicə ilə bağlı zənglər də olur, təxirəsalınmaz köməyə ehtiyacı olanlarla da danışmalı oluram. Amma çox çətindir belə. Hərçənd ki, özüm yaxşı vəziyyətdə deyiləm.
Bunun üçün də xahiş edirəm ki, şikayətlərlə, məktublarla, müsahibə və açıqlamalarla bağlı köməkçi Vuqar Suleymanov, Ehtiram Mehdiyev və partiyanın mətbuat xidməti Vüsal Qarayev ilə əlaqə yaradın.
Anlayışınız üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələn həftədən iş rejimimi bərpa edə biləcəm”, - deputat qeyd edib.