Azərbaycanda 10-dan çox deputat virusa yoluxub — ADLAR
Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronavirus testindən keçiriliblər.
Azia.a saytına xeyli sayda deputatın testlərinin pozitiv çıxdığı haqda məlumat daxil oıub. Sayt bu sırada Vüqar Bayramov və Soltan Məmmədovun adlarını çəkib.
Xatırladaq ki, bir neçə gün əvvəl deputatlar Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilmişdi.
"AzPolitika"-ya daxil olan məlumata görə, koronavirusa yoluxan deputatların sayı 10-dan çoxdur. Adı çəkilənlərlə yanaşı deputatlar Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudov da testləri pozitiv çıxanlar sırasındadır. Günün sonunda daha bir deputatın - Qənirə Paşayevanın da koronavirusa yoluxduğu məlum olub.
Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda "Covid-19-"a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı açıq havada da maskasız gəzmək qadağan olunub.