azia.az
azia.az

Sabiq icra başçısının nəvəsi həbsdə öldü: Surət Hüseynova görə tutulmuşdu

2-02-2022, 16:49

Sabiq icra başçısının nəvəsi həbsdə öldü: Surət Hüseynova görə tutulmuşdu
Bakıda daha bir məhkum ölüb.

Azia.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən ömürlük məhkum Elşad Teyyub oğlu Mustafayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, E. Mustafayev 1993-cü ildə Gəncə hadisələri ilə bağlı, sabiq baş nazir Surət Hüseynovun işi üzrə həbs olunanlardandır.

Məlumata görə, E. Mustafayevin də üzvü olduğu dəstə 1993-cü ildə Samux rayon prokuroru Şəmşir Əliyevin güllələnməsində iştirak edib. Onu da qeyd edək ki, E. Mustafayevin atası Teyyub Mustafayev o zaman Samuxun icra başçısı olub. Həmin hadisələrdən sonra o da saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi