Məhkum Müalicə Müəssisəsində öldü
Azərbaycanda məhkum ölümü baş verib.
APA-nın məlumatına görə, hadisəƏdliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə olunan, 1968-ci il təvəllüdlü Rövşən Əlibala oğlu Yəhyayev vəfat edib.
Qeyd edək ki, Gəncə şəhər sakini Rövşən Yəhyayev bir neçə il əvvəl Samux rayon sakini Əli Rizvanovu bıçaqlamaqda təqsirləndirilərək azadlıqdan məhrum edilib.