azia.az
azia.az

QIZININ BAŞINI KƏSƏN ata həbsdə öldü - BAKIDA

15-04-2017, 12:29

QIZININ BAŞINI KƏSƏN ata həbsdə öldü - BAKIDA

Bakıda daha bir məhkum ölümü qeydə alınıb.

azia.az APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan, 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, 2014-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində kənd sakini, Tofəddin Mirzəmməd oğlu Hacıyev 28 yaşlı qızı Aida Hacıyevanın boğazını bıçaqla kəsərək qətlə yetirmiş, polisə könüllü təslim olmuşdu.

Həmin vaxt hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, atanın qızını əxlaqsızlıq etməsindən şübhələndiyi üçün qətlə yetirdiyi açıqlanmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi